Avropa Şurasının baş katibi Alen Berse Gürcüstana səfər edib.
Tbilisinin Şota Rustaveli beynəlxalq hava limanında Alen Berseni xarici işlər nazirinin müavini Laşa Darsaliya qarşılayıb.
Səfər çərçivəsində Alain Berse Gürcüstanın baş naziri İrakli Kobakixe, parlamentin sədri Şalva Papuaşvili, seçilmiş prezident Mixail Kavelaşvili, xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində Alen Berse işğal xəttinə yaxın kəndə baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq.
Avropa Şurası baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 21-də başa çatacaq.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.