Avropa Şurasının baş katibi Gürcüstana səfər edəcək
Avropa Şurasının baş katibi Gürcüstana səfər edəcək

Avropa Şurasının baş katibi Maria Peyçinoviç Buriç iyunun 30-da Gürcüstana səfər edəcək. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, səfər çərçivəsində Avropa Şurasının baş katibi Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə görüş keçirəcək, bundan sonra mətbuat üçün birgə bəyanatlar veriləcək.

Maria Peyçinoviç Buriç Gürcüstan hökumətinin başçısı İrakli Ğaribaşvili ilə görüşəcək. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və ədliyyə naziri Rati Breqadze ilə də görüşlər nəzərdə tutulub.

Gürcüstana səfəri çərçivəsində Maria Peiçinoviç Buriç işğal xəttinə və Tserovani məcburi köçkün qəsəbəsinə baş çəkəcək.

Avropa Şurasının baş katibini Gürcüstan Prezidenti Salome Zurabişvili qəbul edəcək” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.