Avropa Şurasında Şarl Mişel ilə İrakli Ğaribaşvili arasında görüş keçirilir
Avropa Şurasında Şarl Mişel ilə İrakli Ğaribaşvili arasında görüş keçirilir

 

Avropa Şurasında Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə Avropa Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilir.

Gürcüstanın Brüsseldəki nümayəndə heyətinin üzvləri söhbətin əsas mövzularının Gürcüstanın Avropa strukturlarına inteqrasiya prosesi və Avropa Komissiyasının 12 tövsiyəsi olduğunu deyirlər.

Nümayəndə heyətinin üzvləri qeyd edirlər ki, Gürcüstan ilin sonuna kimi namizəd statusu ilə bağlı qərar gözlədiyi bir vaxtda belə yüksək səviyyəli görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Xarici işlər naziri İlia Darçiaşvili gürcü tərəfinin məhz bu görüşlərdə Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi üçün hansı islahatların həyata keçirildiyi və gələcəkdə nələrin planlaşdırıldığı barədə mesajlar səsləndirəcəyini bildirib.