Avropa Şurasına səfir təyin olunması səbəbilə Tamar Taliaşvilinin deputat səlahiyyətlərinə xitam verilib
Prosedur Məsələləri və Qaydaları Komitəsinin iclasında bu gün Tamar Taliaşvilinin Gürcüstan parlamentinin deputatı mandatına vaxtından əvvəl xitam verilməsi məsələsi müzakirə edilib və yekdilliklə dəstəklənib.
Komitə artıq müvafiq yekun hesabat hazırlayıb. Qərar layihəsi sabah keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.
Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili Tamar Taliaşvilinin Gürcüstanın Avropa Şurasındakı nümayəndəsi təyin olunduğunu, bunun da çox mühüm diplomatik vəzifə olduğunu bildirib.
“Eyni zamanda, təbii ki, Gürcüstanın Avrointeqrasiya yolunda peşəkar bacarıqlara malik olan şəxsin olması çox vacibdir və biz öz tərəfimizdən uğurlar arzulayırıq. Bununla əlaqədar, Gürcüstan Konstitusiyası və Əsasnaməsində nəzərdə tutulmuş uyğunsuzluq məsələsi var və komitə bununla əlaqədar müvafiq hesabat və sabahkı iclasda parlament üçün müvafiq qərar layihəsi hazırlayıb” -deyə Kadaqişvili bildirib.
Tamar Taliaşvilini parlamentdə “Gürcü Arzusu”nın siyahısı ilə Qreta Tsitsava əvəzləyəcək.
İrakli Kadaqişvili bildirib ki, : “Qadın gedirsə, qadının kvotasını yenidən qadın kvotası doldurur”.