Avropa Şurası Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları rəsmi şəkildə dərc edib
Avropa Şurası Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları rəsmi şəkildə dərc edib

 
Avropa Şurası Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları rəsmi şəkildə dərc edib.

SWIFT maliyyə sistemindən aşağıdakı banklar çıxarılıb: “Novincombank”, “Bank of Russia “, “VTB Bank”, “Bank Otkritie”, “Promsviazbank”, “Sovcombank” və “Vnesheconombank”.

Bu qadağa sanksiyanın Aİ jurnalında dərc edilməsindən 10 gün sonra qüvvəyə minir.

Bundan əlavə, sənəddə Rusiya təyyarələrinin istənilən növü üçün Aİ hava məkanının bağlanması , Rusiya Mərkəzi Bankı və Rusiya hökumətinin nəzarətində olan “Rashia Today” və “Sputnik”-ə qarşı görülən tədbirlər haqqında qeyd olunur.