Avropa Şurası, üçüncü ölkələrin Şengen zonasına daxil olmaları üçün avtorizasiya layihəsini dəstəklədi
Avropa Şurası, Şengen zonasına üçüncü ölkələrin sakinlərinin daxil olmaları üçün avtorizasiyanın keçirilməsi layihəsinə dəstək verdi.
Sənədi Avropa Şurası və Avroparlament imzalamalıdır. Sonra isə, imzalanmış mətn Avropa İttifaqının rəsmi veb jurnalında yerləşdiriləcək. İki gündə isə, qüvvəyə minəcək.
Avtorizasiya layihəsinə əsasən, Avropa İttifaqı ilə vizasız rejimdə olan üçüncü ölkələrin vətəndaşları, Şengen zonasına səyahət etmək üçün xüsusi yolçuluq izni almalıdırlar. Bundan əlavə, Şengen zonasına seyahət etmək istəyən şəxslər elektron forma doldurmalıdırlar, hansında ki, özü haqqında bütün məlumatları təqdim etməlidirlər.
Yolçuluq izni 10 avro olacaq. Bu ödənişdən tələbələr, 18 yaşına qədər yeniyetmələr və Avropa İttifaqı ölkələrində qohumları olanlar azad olunacaqlar.
Elektron aplikasiyanın avtorizasiyası 72 saat ərzində həyata keçiriləəck və qüvvədə olma müddəti 3 il olacaq.
Səyahət üçün mənfi cavab alan şəxs, rədd cavabının detalları haqqında məlumatlandırıılacaq.