Avropa Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya verilməsini dəstəkləyib
Avropa Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya verilməsini dəstəkləyib

 
Avropa Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya verilməsi planını dəstəkləyib.

Bu haqda məlumat Avropa İttifaqı Şurasının saytında dərc olunub.

Dondurulmuş aktivlərdən əldə edilən gəlirin hər il 2,5-3 milyard avro təşkil etdiyi təxmin edilir. Bu vəsaitin 90 faizi Ukraynaya hərbi dəstəyə xərclənəcək, on faizi isə Ukraynanın yenidən qurulmasına sərf olunacaq.