Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər və Demokratiya Komitəsi Kosovonun Avropa Şurasına üzv olmasını tövsiyə edib
Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər və Demokratiya Komitəsi Kosovonun Avropa Şurasına üzv olmasını tövsiyə edib. Bu barədə Avropa Şurası Parlament Assambleyası məlumat yayır.
Qərarı 31 üzv dövlət dəstəkləyib, dördü isə Serbiya da daxil olmaqla əleyhinə çıxıb. Yunanıstana gəlincə, o, öz mövqeyini bildirməkdən təmkinli davranıb.
Növbəti addım bu məsələnin səsverməyə çıxarılması olacaq. Məlum olduğu üzrə, ehtimal ki, bu, Avropa Şurası Parlament Assambleyasının aprelin 18-də keçiriləcək sessiyasında baş verəcək və bundan sonra məsələ Nazirlər Komitəsində müzakirə olunacaq.