Avropa Şurası Parlament Assambleyası Gürcüstandakı bütün siyasi qüvvələri ölkənin ümumi rifahını dar partiya strategiyalarından üstün tutmağa çağırır
Avropa Parlament Assambleyası Gürcüstan tərəfindən 2014-cü ildən sonra Avropa Şurasının üzvü olaraq götürülən vəzifə və öhdəliklərin yerinə yetirilməsi baxımından “davamlı və gözlə görünən tərəqqi” -ni alqışlayır, lakin bəzi xətaların və narahatlıq yaradan məsələlərin hələ də qaldığını qeyd edir.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının Gürcüstan tərəfindən üzərinə götürülmüş öhdəlik və vəzifələrin yerinə yetirilməsi ilə bağlı qəbul etdiyi qətnamədə deyilir.
Sənədə Assambleyanın 55 üzvü səs verib, əleyhinə – heç kim səs verməyib. Qətnamə Assambleyanın üzvləri Titus Korlaetean və Klos Kern tərəfindən hazırlanmış hesabata əsaslanır.
Qətnamədə , Gürcüstandakı “son dərəcə gərgin və qütbləşmiş siyasi mühit”-in ciddi narahatlıq doğurduğu deyilir. Sənədə əsasən, bu Gürcüstan tərəfindən demokratik konsolidasiya üçün “əsas maneə” olub.
Qətnamə bütün siyasi qüvvələri ölkənin ümumi rifahını dar partiya siyasi strategiyalarından üstün tutmağa çağırır. Parlament Assambleyasının üzvləri hakimiyyətin seçki islahatlarının inkişafı, parlament nəzarətinin gücləndirilməsi, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, media azadlığının genişləndirilməsi və LGBTİ+ icmasının müdafiəsi istiqamətində ata biləcəyi bir sıra addımları sadalayırlar.
Avropa Şurası Parlament Assambleyası monitorinq prosedurunu davam etdirmək qərarına gəlib, lakin qeyd edir ki, monitorinqdən sonrakı dialoq istiqamətində onun rekomendasiyaları yalnız bütün siyasi qüvvələrin , həm hakim partiya, həm də müxalifət tərəfindən tam dəstəyin və siyasi istəyin olması, geriləmə və ya reqres olmayacağı təqdirdə Gürcüstanın inkişafının aydın perspektivini təmin edir.