Avropa Sərmayə Bankının prezidenti - Gürcüstanı dəstəkləməyə, kiçik və orta sahibkarlığı gücləndirməyə, ölkənin bölgələrinə investisiyaları artırmağa hazırıq
Avropa Sərmyə Bankının prezidenti Verner Hoyer tvitter sosial şəbəkəsində Gürcüstanın Maliyyə naziri Laşa Xutişvili ilə görüşdən yazır.
Onun dediyinə görə, Avropa Sərmayə Bankı Gürcüstanı dəstəkləməyə, kiçik və orta sahibkarlığı gücləndirməyə, ölkənin bölgələrinə investisiyaları artırmağa hazırdı
“Beynəlxalq Valyuta Fondunun illik görüşləri çərçivəsində Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili və Milli Bankın prezidenti Koba Qvenetadze ilə danışdım, onlar Gürcüstanın üzləşdiyi çətinlikləri izah etdi, hansı da öz növbəsində Ukraynada davam edən müharibə ilə daha da ağırlaşır. Gürcüstanı dəstəkləməyə, kiçik və orta sahibkarlığı gücləndirməyə, ölkənin bölgələrinə investisiyaları artırmağa hazırıq”, – Verner Hoyer bəyan etdi.