Avropa Parlamentinin vitse-prezidenti Otmar Karas - Gürcüstanın gələcəyi Avropa İttifaqındadır
Gürcüstanda bir çox insan üçün Avropa perspektivinin nə qədər mühüm olduğunu bilirəm, Gürcüstanın gələcəyi Avropa İttifaqındadır- bu barədə Avropa Parlamentinin vitse-prezidenti Otmar Karas Avropa İttifaqına üzv ölkələrin parlamentlərinin xarici komitəsinin sədrləri formatında görüşün keçirildiyi Madriddə danışıb.
“Avropa Parlamenti yüksək səslə qeyd etdi ki, Ukrayna, Qərbi Balkanlar və Moldovanın gələcəyi Avropa İttifaqındadır və Gürcüstanda bir çox insan üçün Avropa perspektivinin nə qədər mühüm olduğunu bilirəm, Gürcüstanın gələcəyi Avropa İttifaqındadır. Bu, bizim perspektivimiz və ortaq baxışımızdır. İndi biz Avropa İttifaqında və yuxarıda adları çəkilən ölkələrdə addım-addım irəliləməliyik” – deyə Otmar Karas bildirib.