Avropa Parlamentinin üzvü İnstvin Holik - Seçki prosesi dinc şəraitdə keçdiyi üçün seçkinin nəticələri yüksək legitimliyə malik olacaq
Seçki prosesi dinc şəraitdə keçdiyi üçün seçkinin nəticələri yüksək legitimliyə malik olacaq. – Bunu Avropa Parlamentinin və Macarıstan parlamentinin üzvü İnstvin Holik deyib.
İnstvin Holik seçki prosesindən razı qaldığını qeyd edir və ölkədə seçki istiqamətində irəliləyiş olduğunu bəyan edir.
“Biz Potidə, təkcə Potidə deyil, Zuqdididə də, ondan əvvəl Tbilisidə indiki seçki prosesləri ilə tanış olduq. Biz seçki sistemindən kifayət qədər razıyıq. Fikrimizcə, bu istiqamətdə kifayət qədər irəliləyiş var. Seçki prosesi dinc şəraitdə keçdiyi üçün seçkilərin nəticəsi və növbəti hökumətin kim olacağı böyük legitimliyə malik olacaq”. – Avropa Parlamentinin və Macarıstan Parlamentinin üzvü İnstvin Holik bildirib.