Avropa Parlamentinin siyasi qruplarının liderlərinin bəyanat layihəsi - Avropa Parlamenti Gürcüstan, Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsini dəstəkləyir
Avropa Parlamentinin siyasi qruplarının liderlərinin bəyanat layihəsi - Avropa Parlamenti Gürcüstan, Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsini dəstəkləyir

 

Avropa Parlamentinin siyasi qruplarının liderləri Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına üzv olmaqla bağlı müraciətini dəstəkləyən birgə bəyanat layihəsi hazırlayıblar-bu barədə “Azadlıq” radiosu məlumat yayır.

Nəşrin məlumatına görə, bəyanat layihəsində deyilir:

“Prezidentlər Konfransı adından, Avropa Parlamentinin siyasi qruplarının liderləri Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük müraciəti ilə bağlı qərar vermək üçün iki həftəyə Brüsseldə bir araya gələcək üzv dövlətlərin və hökumətlərin liderlərinə müraciət edirlər. Biz beynəlxalq mühitin pisləşdiyi bir şəraitdə cəsarət, şücaət və uzaqgörənlik nümayiş etdirməliyik. Geosiyasi vəziyyətdə dəyişikliklər bizim tərəfimizdən hərəkət etməyi tələb edir. Bununla biz öz prinsiplərimizə və dəyərlərimizə sadiq olacağıq. Vətənləri şiddətli hücuma məruz qalan ukraynalılar – digər tərəfdən daha parlaq gələcəyə doğru can atan moldovalılar və gürcülər – yerlərinin Avropa ailəsində olmasına dair siqnal gözləyirlər. Buna görə də bu palata sizi Aİ Müqaviləsinin 49-cu maddəsini və [onların] nailiyyətlərini nəzərə alaraq Ukrayna, Moldova Respublikası və Gürcüstana Aİ-yə namizəd ölkə statusu verməyə çağırır”-deyə mətndə deyilir.

Nəşrin məlumatına görə, təqdim olunan mətn birgə bəyanat layihəsidir və o, hələ də dəyişdirilə bilər, lakin “Azadlıq” radiosunun Aİ məsələləri üzrə müsahibinin verdiyi məlumata görə, əsas məsələlər, o cümlədən namizəd statusu ilə bağlı tələb mətndə qalacaq. Nəşr onu da qeyd edir ki, Siyasi Qrupların Liderləri İttifaqı namizəd statusunun verilməsi prosesində iştirak etmir və onların dəstəyi sadəcə olaraq Avropa Komissiyasına müvafiq qərar qəbul etməyə çağırışdır.