Avropa Parlamentinin prezidenti- Avropa Parlamenti Gürcüstan, Moldova və Ukraynanın üzvlük üçün müraciətlərini tanıyır
Avropa Parlamentinin prezidenti Roberta Metsola Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşünə münasibət bildirir.
Roberta Metsola sosial şəbəkədə, Avropa Parlamentinin Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətlərini tanıdığını yazır.
“Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdüm. Ukraynaya yönəlik diplomatik dəstək təqdirə layiqdir. Avropa Parlamenti Gürcüstan, Moldova və Ukraynanın üzvlük üçün müraciətlərini tanıyır. Qanunun aliliyi, müstəqil məhkəmə sistemi və nəzərəçarpacaq parlament dialoqu demokratiya üçün vacib ilkin şərtlərdir”-deyə Roberta Metsola Twitter-də yazır.