Avropa Parlamentinin nümayəndə heyətinin üzvləri işğal zonasına yaxın, Odzisi kəndində oldular
Avropa Parlamentinin altı nəfərlik nümayəndə heyəti işğal zonasına yaxın, Odzisi kəndində oldu. Avropa İttifaqının monitorinq qrupunun nümayəndələri onları işğal xəttində və işğal olunmuş Sxinvalidəki vəziyyətlə tanış etdilər.
Avropa Parlamentinin deputatların təxminən bir saat ərzində Rusiyanın təcavüzünün nəticələri ilə tanış olurdular. Ayırıcı xəttdən onların Axmaci kəndində yerləşən rus bazalarını görmək imkanları da var idi.
Odzisi kəndindən Avropa Parlamentinin deputatlarının nümayəndə heyəti yenidən Tbilisiyə qayıtdı. Avropa İttifaqının ictimaiyyətlə əlaqələr xidmətinin nümayəndəsinin dediyinəö görə, bu gün onlar baş nazir, hökumət nümayəndələri və hakim partiyanın üzvləri ilə görüşəcəklər. Bununla Avropa Parlamentinin deputatlarının səfərinin rəsmi hissəsi başa çatacaq.