Avropa Parlamentinin nümayəndə heyəti Tayvan prezidenti ilə görüşüb
Avropa Parlamentinin nümayəndə heyəti Tayvan prezidenti ilə görüşüb

Aİ-nin qanunverici orqanının 13 üzvündən ibarət Avropa Parlamentinin nümayəndə heyəti Tayvana üç günlük ilk rəsmi səfər edir. Məlumatı “Associated Press” yayıb.

Nümayəndə heyətinin üzvləri Tayvan Prezidenti Tsay İn-ven ilə görüşüblər. Nümayəndə heyətinin üzvlərindən biri olan Rafael Qluksmanın sözlərinə görə, Aİ Tayvana bir aydın məqsədlə gəlib ki, o, tək olmadığını və Aİ-nin onun yanında olduğunu bildirsin.

O bildirib ki, Aİ gələcəkdə yüksək səviyyəli görüşlər keçirməyi və Aİ-Tayvan əlaqələrinin inkişafı üçün konkret addımlar atmağı planlaşdırır.

Keçən ay Avropa Parlamenti Aİ ilə Tayvan arasında siyasi əlaqələrin gücləndirilməsinə dair qətnamə qəbul edib. Maraqlıdır ki, Aİ nümayəndə heyətinin səfəri son vaxtlar Tayvan və Çin arasında yaranmış gərginlik fonunda baş tutub. Çin Tayvanı öz ərazisi hesab edir və onu geri qaytarmağa çalışır. Bunun üçün ekspertlər Çin tərəfindən hərbi güc tətbiqini istisna etmirlər.