Avropa Parlamentinin deputatı Mik Uolles –Müharibədən beş ay əvvəl Avropa İttifaqının Auditorlar Məhkəməsi Ukraynanın Avropanın ən korrupsiyalaşmış ölkələrindən biri olduğunu müəyyən etdi, lakin biz namizəd statusunu Gürcüstana yox, Ukraynaya vermişik
Müharibədən beş ay əvvəl Avropa İttifaqının Auditorlar Məhkəməsi Ukraynanın Avropanın ən korrupsiyalaşmış ölkələrindən biri olduğunu müəyyən etdi, lakin biz namizəd statusunu Gürcüstana yox, Ukraynaya vermişik- bu barədə Avropa Parlamentinin üzvü Mik Uolles “Twitter” səhifəsində yazıb.
Onun qeyd etdiyi kimi, heç kim Ukraynada qanunun aliliyinin Gürcüstandan daha yaxşı olduğuna inanmır.
“Müharibədən beş ay əvvəl Avropa İttifaqının Auditorlar Məhkəməsi Ukrayna ilə bağlı hesabat hazırladı və onu Avropanın ən korrupsiyalaşmış ölkələrindən biri kimi tanıdı, lakin biz Ukraynaya “namizəd statusu” verdik, Gürcüstana deyil. Heç kim Ukraynada qanunun aliliyinin Gürcüstandan daha yaxşı olduğuna inanmır” – Mik Uolles yazır.