Avropa Parlamentinin deputatı Andrey Halitski - Ukrayna, Moldova və Gürcüstan cəmiyyətinə yaxşı mesajımız var, qapı sizin üçün açıqdır
Avropa Parlamentinin deputatı Andrey Halitski - Ukrayna, Moldova və Gürcüstan cəmiyyətinə yaxşı mesajımız var, qapı sizin üçün açıqdır

“Bizim Ukrayna, Moldova və Gürcüstan cəmiyyəti üçün yaxşı mesajımız var, Avropa İttifaqında qapı sizin üzünüzə açıqdır”, – Polşalı Avropa Parlamentinin deputatı Andrey Halitski deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Aİ-yə üzvlüklə bağlı danışıqlar başlayacaq.

“Avropa Parlamentindən ukraynalılara mesajım budur ki, yol, prosedurlar tez keçəcək və tezliklə danışıqlar başlayacaq. Təbii ki, indi əsas məsələ müharibəni vaxtında bitirməkdir. Bu birinci dərəcəli vəzifədir. Bizim üç potensial yeni üzvümüz var, mən Ukrayna, Moldova və Gürcüstanı nəzərdə tuturam. Bizim hər üç ölkənin ictimaiyyətinə yaxşı mesajımız var – qapı sizin üzünüzə açıqdır. Çox aydındır ki, vaxtı çatıb, mesaj aydın və sadə, mümkün qədər qısa olmalıdır. Biz Gürcüstan, Moldova və Ukrayna xalqlarını ümumi Avropa məkanının bir hissəsi olmağa alqışlayırıq. Düşünürəm ki, söhbət təkcə bu üç əlaqəli ölkənin deyil, bütün Avropanın təhlükəsizliyindən gedir, çünki indi ukraynalılar bütövlükdə Avropanı müdafiə etmək üçün mübarizə aparırlar”, – Andrey Halitski bildirib.