Avropa Parlamentinin 19 üzvü Salome Zurabişviliyə Nika Qvaramianı əfv etməsi xahişi ilə müraciət edir
Avropa Parlamentinin 19 üzvü Salome Zurabişviliyə Nika Qvaramianı əfv etməsi xahişi ilə müraciət edir

 

Avropa Parlamentinin üzvləri Gürcüstan Prezidenti Salome Zurabişviliyə Nika Qvaramianı əfv etməsi xahişi ilə müraciət edirlər. Bu barədə Avropa Parlamentinin deputatı Marketa Qreqorovanın “Twitter” sosial şəbəkəsində dərc etdiyi avropalı parlamentari qrupunun birgə məktubunda deyilir.

“Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür. Bu səbəbdən mən və Avropa Parlamentindəki həmkarlarım Nika Qvaramianın əfv edilməsi məsələsini nəzərdən keçirməsi üçün Gürcüstan Prezidenti Salome Zurabişviliyə müraciət etmək qərarını verdik. Biz Gürcüstanın əbədi dostu olaraq qalırıq və bu rəmzi mesajı bu mühüm gündə çatdırdığımıza ümid edirik”–deyə Marketa Qreqorova “Twitter”də yazır və Avropa Parlamentinin 19 deputatının imzaladığı məktubu dərc edir.

Marketa Qreqorova ilə yanaşı, imzalayanlar arasında Ana Fotiqa, Rasa Yunkeviçiene, Marina Kaliurand, Andrius Kubilius, Miriam Leksman, Sven Mikser və Avropa Parlamentinin digər üzvləri var.