Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəklədi
Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəklədi

 

Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəklədi. Medianın məlumatına görə, 676 üzvdən 637-si müvafiq qərarın lehinə , 13-ü əleyhinə səs verib, 26-sı isə bitərəf qalıb.

Daha sonra qətnamə təsdiq olunmaq üçün Avropa İttifaqı Şurasına və üzv dövlətlərə təqdim olunacaq.

Avropa Parlamentinin qəbul etdiyi sənəddə həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzü də pislənir.

Xatırladaq ki, dünən prezident Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyə dair müraciəti imzalayıb, bundan sonra da Aİ müraciətin baxılması prosedurunu başladıb.

Hazırda Albaniya, Şimali Makedoniya, Monteneqro, Serbiya və Türkiyə Aİ üzvlüyünə namizəd ölkələrdir.