Avropa Parlamenti Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasport və digər səyahət sənədlərinin qəbuledilməzliyi haqqında qərarı dəstəkləyib
Avropa Parlamenti Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya tərəfindən verilmiş pasport və digər səyahət sənədlərinin qəbuledilməzliyi haqqında qərarı dəstəkləyib.
531 deputat qərarı dəstəkləyib, 7 deputat əleyhinə səs verib, 34 deputat isə bitərəf qalıb.
Təklifə əsasən, “Komissiya Aİ-yə üzv ölkələrlə məsləhətləşməli və qəbul edilməməli olan rus səyahət sənədlərinin siyahısını tərtib etməlidir, hərçənd Ukraynadakı münaqişədən qaçan insanlar hələ də humanitar əsaslarla Aİ-yə daxil ola biləcəklər”.
Səsvermədən sonra məruzəçi Xuan Fernando Lopez Aqilar Avropa Parlamentinin Putinin Ukraynaya qarşı qeyri-qanuni müharibəyə və onun xalqına qarşı beynəlxalq cinayətlərə görə yüksək bədəl ödəyəcəyindən əmin olmaq məqsədilə Rusiyaya hüquqi və siyasi vasitələrlə təzyiq göstərməkdə davam etmək üçün hər şeyi etməyə hazır olduğunu bildirib.
Qərar Avropa İttifaqı Şurası tərəfindən də rəsmi olaraq qəbul edildikdən sonra, Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan bir gün sonra qüvvəyə minəcək.