Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın müraciətləri ilə bağlı sürətli qərarı alqışlayan tövsiyələri dəstəkləyib və hər üç ölkəni islahatları irəlilətməyə çağırır
Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın müraciətləri ilə bağlı sürətli qərarı alqışlayan tövsiyələri dəstəkləyib və hər üç ölkəni islahatları irəlilətməyə çağırır

 
Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük müraciətləri ilə bağlı Şuranın sürətli qərarını alqışlayan tövsiyələri dəstəkləyib və hər üç ölkəni əsaslı islahatları irəlilətməyə çağırır.

Avropa Parlamentinin tövsiyəsinə əsasən, Rusiyanın Avropanın sülh və sabitliyinə artan təhlükəsi fonunda gücləndirilmiş genişlənmə siyasəti Avropa İttifaqının sərəncamında olan ən güclü geosiyasi vasitədir.

“Daha etibarlı və effektiv qlobal oyunçu olmaq üçün Aİ yeni üzvlərin qəbulu ilə bağlı qərar qəbul etmə prosedurlarını dəyişdirməli, yekdilliyə ehtiyacı aradan qaldırmalı və onu ixtisaslı səs çoxluğu ilə əvəz etməlidir. Həmçinin, avropalı parlamentarilər üzv dövlətləri Aİ-nin Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı ölkələri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə və namizəd ölkələrə Aİ-nin tam üzvlüyünə alternativ təklif edilməməsini təmin etməyə çağırırlar. Avropalı parlamentarilər genişlənmə prosesinin başında demokratik islahatların və qanunun aliliyinin olmasını tələb edirlər.

Avropa Parlamentinin üzvləri tərəfindən qəbul edilmiş genişlənmənin yeni strategiyası ilə bağlı tövsiyə Aİ-ni Avropa İttifaqının maliyyələşdirməsini və onun nəzərəçarpacaq nəticələrini genişlənmə ölkələrində daha görünən etməyə çağırır. Onlar həmçinin Aİ-nin bu ölkələrin siyasi, seçki və digər demokratik proseslərinə üçüncü tərəflərin müdaxiləsinin qarşısının alınması üzərində işləməsini istəyirlər. Aİ ilə bağlı islahatlar prosesində istənilən durğunluğun və ya geri çəkilmənin real vaxt rejimində sanksiyaya məruz qalması təmin edilməlidir, lakin Aİ eyni zamanda davamlı irəliləyiş əldə etdikdə, o cümlədən Aİ-nin vahid bazarına onları tədricən daxil etməklə namizəd ölkələri mükafatlandırmalıdır”-deyə bəyanatda deyilir.

502 deputat tövsiyəni dəstəkləyib, 75-i əleyhinə səs verib, 61 deputat isə bitərəf qalıb.