Avropa Parlamenti Tamaz Qinturinin rus işğalçı qüvvələri tərəfindən öldürülməsi ilə bağlı qətnamə qəbul edib
Avropa Parlamenti Gürcüstan vətəndaşı Tamaz Qinturinin öldürülməsi və Levan Dotiaşvilinin Rusiya işğalçı qüvvələri tərəfindən oğurlanması ilə bağlı 495 səslə qətnamə qəbul edib.
Avropa Parlamenti Tamaz Qinturinin qətlini və Levan Dotiaşvilinin qanunsuz oğurlanmasını qəti şəkildə pisləyir, bu və digər qətllərin hərtərəfli araşdırılmasını tələb edir.
Avropa Parlamentinin deputatları Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir və Rusiyanın Gürcüstan regionları, Abxaziya və Cənubi Osetiyanı işğalını qətiyyətlə pisləyir.
Avropa Parlamenti Rusiyanı 2008-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasını yerinə yetirməyə, işğalçı qüvvələri çıxarmağa və işğal rejimi tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşlarını azad etməyə çağırır.
552 deputat qeydiyyatdan keçib, 495-i qətnaməni dəstəkləyib, yeddisi isə əleyhinə səs verib.