Avropa Parlamenti AB-yi və NATO əməkdaşlığına dair qətnaməni təsdiqlədi, sənəddə Gürcüstandan da bəhs edilir
Avropa Parlamenti AB-yi və NATO əməkdaşlığına dair qətnaməni təsdiqlədi, sənəddə Gürcüstandan da bəhs edilir

 

Avropa Parlamenti AB ilə NATO arasında əməkdaşlıq haqqında qətnamə qəbul edib. Sənəddə Gürcüstanın da adı çəkilir. Konkret olaraq, Avropalı deputatlar AB-yi və NATO-ya üzv ölkələrə müraciət edərək, namizəd və potensial namizəd ölkələrlə, eləcə də Şərq və Cənub Qonşuluğunda yerləşən tərəfdaşlarla hərbi və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi məsələlərini hər cür vasitə ilə dəstəkləməyə çağırırlar.

“Bunsuz bölgənin təhlükəsizliyi və sabitliyi təmin olunmayacaq. AB-yi NATO-nun açıq qapı siyasətinin dəstəklənməsində , aspirant ölkələrlə, konkret olaraq, Bosniya- Hersoqovina, Ukrayna, Gürcüstanla sıx siyasi və operativ qarşılıqlı əlaqələrin qorunmasında mühüm rol oynaya bilər. NATO-nun tərəfdaş ölkələri tərəfindən avro-atlantik təhlükəsizliyə verilən əhəmiyyətli töhfəni vurğulayırıq”-deyə qətnamədə bildirilir.

Eyni qətnamədə , Avropa Parlamentinin deputatları AB-yi və NATO-nun genişlənməsinə yönəlik dəstəklərini bir daha qeyd ediblər. Eyni zamanda, Avropa Parlamentinin deputatları Rusiya və şəxsən prezident Putin tərəfindən həyata keçirilən “revizionist, militarist və təcavüzkar” siyasətdən narahatdırlar.

“Biz Avropa Birliyini və NATO-nu, Rusiyanın Ukraynaya, Gürcüstana və Moldovaya qarşı birbaşa və ya dolayı aqressiyasına və fəaliyyətlərinə, həmçinin Rusiyanın Baltik və Qara dəniz bölgələrindəki, Azov dənizindəki və şərqi Aralıq dənizindəki aqressiv hərəkətlərinə qarşı müqavimət göstərmək üçün əməkdaşlığı genişləndirməyə çağırırıq. Bur daha Rusiyanın qonşularının beynəlxalq sərhədlərinə və ərazi bütövlüyünə hörmət göstərməyinin vacibliyini təsdiqləyirik” -deyə qətnamədə deyilir.