Avropa ölkələri, sığınacaq axtaranların yerdəyişməsinin qarşısını almaq üçün, dəmiryolu stansiyalarda nəzarəti sərtləşdirməyi planlayır.
Avropa ölkələri, sığınacaq axtaranların yerdəyişməsinin qarşısını almaq üçün, dəmiryolu stansiyalarda nəzarəti sərtləşdirməyi planlayır. Bu haqda məlumatı “Associated Press” alman mediyasına əsaslanaraq yayımlayır.
Mediyanın məlumatına əsasən təşəbbüs 10 Avropa ölkəsi tərəfindən 24 iyun tarixində qeyri-formal görüşdə müzakirə olunacaq.
Alman nəşriyyatı Süddeutsche Zeitung yazır ki, razılıq layihəsi sığınacaq axtaranlar üçün cəriməni nəzərdə tutur. Bu, Avropa İttifaqına üzv ölkədə qalmayan və burada ilkin qydiyyat keçən şəxslərə aiddir.Eyni zamanda Avropa İttifaqının sərhəd nəzarəti agentliyi Frontex-nin gücləndirilməsi və sığınacaq axtaranların ümumi Avropa agentliyinin yaradılması planlaşdırılır.
Brüsseldə, 28-29 iyun tarixlərində Avropa İttifaqının sammiti keçiriləcək. Reuters agentliyinin məlumatına əsasən, Avropalı liderlər Avropa İttifaqı çərçivəsi xaricində miqrantlar mərkəzlərinin yaradılması planlaşdırılır. Mərkəzlərdə sığınacaq axtaranların ərizələri Avropaya gəldikdən əvvəl nəzərdən keçiriləcək. Oxşar mərkəzlər Cənubi Afrika regionlarında da yerləşdirilə bilər.