Tbilisi Meriyası paytaxt sakinlərini və qonaqlarını Yeni il axşamı Avropa meydanında keçiriləcək qala-konsertə dəvət edir. Bu barədə Tbilisi Meriyası məlumat yayır.
“DJ Anna Siu saat 23:00-dan etibarən rəngarəng janrlardan ibarət Yeni il musiqili proqramının açılışını edəcək. Saat 12:00-dan etibarən isə üç müxtəlif səhnədə Tbilisi Dövlət Opera və Balet Teatrının orkestri, Nani Breqvadze, “Rustavi” ansamblı, Dato Evqenidze, Qiorqi Maxaraşvili, Ekaterine Mdivani, Qiorqi Datiaşvili, NewOne, Nato Metonidze, Killages, Nikoloz Rachveli, Natalia Kutateladze, Kote Ğipiani, Beka Qoçiaşvili, Qiorqi Tsaqareli, TheQuintessence, Liza Baqrationi, Salio, Dato Qomarteli, Ana Doi, Mariam Roinişvili, Temur Tataraşvili, Eka Kaxiani, Maia Cabua, Qiorqi Qiqaşvili, Nini Nutsubidze,Eka Mamaladze, Qiorqi Mikadze, Nino Machaidze, Oto Corcikia, Dudana Mazmanişvili və Nino Surquladze tamaşaçılar qarşısında çıxış edəcəklər.
Gecənin aparıcıları Baxva Breqvadze, Manika Asatiani, Nikoloz Tsulukidze, Salome Arşba, Liza Tsiklauri və Qiorqi Baxutaşvili olacaq”-deyə Tbilisi Meriyasının məlumatında qeyd olunur.
Bununla yanaşı, verilən məlumatda Yeni il qala-konsertinin saat 02:00-a qədər davam edəcəyi deyilir.