Avropa Meydanı ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
Avropa Meydanı ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

 

“Tbilisoba 2022” ilə əlaqədar olaraq Avropa Meydanı ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb-bu barədə məlumatı Tbilisi meriyası yayır.

Meriyadan verilən məlumatda məhdudiyyətin sentyabrın 30-dək qüvvədə qalacağı deyilir.

“Sözügedən müddət ərzində Metexi körpüsündən Metexi yoxuşu istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, Metexi yoxuşundan Avropa meydanı istiqamətində isə sürücülər yalnız bir zolaqda hərəkət edə biləcəklər”-deyə Tbilisi meriyasında bildirilib.

Meriyadan verilən məlumatda sözügedən dəyişikliyin ictimai nəqliyyata şamil edilməyəcəyi deyilir.