Avropa Komissiyasının mətbuat katibi Piter Stano - Gürcüstan ona vəd ediləni alacaq və Gürcüstandan prosesdə irəliləmək üçün lazım olan hər şeyi edəcəyinə dair eyni şeyi gözləyirik
Avropa Komissiyasının mətbuat katibi Piter Stano - Gürcüstan ona vəd ediləni alacaq və Gürcüstandan prosesdə irəliləmək üçün lazım olan hər şeyi edəcəyinə dair eyni şeyi gözləyirik

 

Gürcüstan ona vəd ediləni alacaq və təbii ki, biz Gürcüstandan ölkənin bu çox mühüm prosesdə irəliləmək üçün bütün öhdəlikləri və lazım olan hər şeyi yerinə yetirəcəyini gözləyirik-bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano bildirib.

Onun sözlərinə görə, prosessual səbəblərə görə bu il Gürcüstan, Ukrayna və Moldovanı genişləndirmə paketinə daxil etmək mümkün deyil.

“Gürcüstan Avropa İttifaqının vəd etdiyi hər şeyi alacaq, çünki təbii ki, biz vədlərimizi yerinə yetiririk. Avropa Şurası Avropa Komissiyasından Ukrayna, Moldova və Gürcüstanı genişlənmə paketinə daxil etməyi xahiş edib. Adətən, genişləndirmə paketi hər ilin payızında dərc olunur və hesabat dövrü yazda başlayır. Əlbəttə, aydındır ki, məntiqi və prosedur səbəblərdən bu il bu üç ölkəni genişləndirmə paketinə daxil etmək mümkün deyil. Biz həmçinin onuda bildirdik ki, bu ilin dekabrında Avropa Komissiyası Gürcüstan üçün müəyyən edilmiş prioritetlərin müzakirə olunacağı analitik hesabat təqdim edəcək . Beləliklə, dediyim kimi, Gürcüstan ona vəd ediləni alacaq və təbii ki, biz Gürcüstandan ölkənin bu çox mühüm prosesdə irəliləmək üçün bütün öhdəlikləri və lazım olan hər şeyi yerinə yetirəcəyini gözləyirik” – deyə Piter Stano bildirib.