Avropa Komissiyasının mətbuat katibi Piter Stano - dekabrda Gürcüstanla bağlı analitik hesabatı, 2023-cü ilin payızında isə genişlənmə paketi ilə bağlı hesabatı təqdim edəcəyik
Avropa Komissiyasının mətbuat katibi Piter Stano - dekabrda Gürcüstanla bağlı analitik hesabatı, 2023-cü ilin payızında isə genişlənmə paketi ilə bağlı hesabatı təqdim edəcəyik

 

Dekabrda Gürcüstanla bağlı analitik hesabatı, 2023-cü ilin payızında isə genişlənmə paketi ilə bağlı hesabatı təqdim edəcəyik-bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano gürcü jurnalistin sualını cavablandırarkən bildirib.

Belə ki, jurnalist Piter Stanodan dekabrda Gürcüstan tərəfindən 12 şərtin yerinə yetirilməsinin qiymətləndirilməsi ilə bağlı hesabatın olub-olmayacağına dair sual ünvanlayıb.

“Həqiqətən, biz dekabr ayında analitik hesabatı və 2023-cü ilin payızında genişləndirmə paketi hesabatını təqdim edəcəyik” -deyə Piter Stano bildirib.

Bununla yanaşı, Piter Stanonun da qeyd etdiyi üzrə, genişlənmə paketi hər il payızda dərc olunur, lakin prosedur səbəblərdən Gürcüstan, Ukrayna və Moldovanı bu il genişlənmə paketinə daxil etmək mümkün deyil.

“Avropa Şurası Avropa Komissiyasından Ukrayna, Moldova və Gürcüstanı genişlənmə paketinə daxil etməyi xahiş edib. Adətən, genişləndirmə paketi hər ilin payızında dərc olunur və hesabat dövrü yazda başlayır. Əlbəttə, aydındır ki, məntiqi və prosedur səbəblərdən bu il bu üç ölkəni genişləndirmə paketinə daxil etmək mümkün deyil. Biz həmçinin onuda bildirdik ki, bu ilin dekabrında Avropa Komissiyası Gürcüstan üçün müəyyən edilmiş prioritetlərin müzakirə olunacağı analitik hesabat təqdim edəcək . Beləliklə, dediyim kimi, Gürcüstan ona vəd ediləni alacaq və təbii ki, biz Gürcüstandan ölkənin bu çox mühüm prosesdə irəliləmək üçün bütün öhdəlikləri və lazım olan hər şeyi yerinə yetirəcəyini gözləyirik” – deyə Piter Stano bildirib.

Dekabrda 12 şərtin yerinə yetirilməsinin qiymətləndirilməsi ilə bağlı hesabatın olub-olmayacağı sualına Piter Stano analitik hesabatı dekabrda, genişləndirmə paketi ilə bağlı hesabatı isə 2023-cü ilin payızında təqdim edəcəklərini qeyd edib.