Avropa Komissiyasının mətbuat katibi Piter Stano - Avropa İttifaqı Gürcüstan-Aİ münasibətlərində möhtəşəm iş görmüş Karl Hartseli tam dəstəkləyir
Avropa İttifaqı Gürcüstan-Aİ münasibətlərində möhtəşəm iş görmüş səfir, Karl Hartseli tam dəstəkləyir – bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano “Twitter” səhifəsində yazıb.
O, islahatların və Avropa İttifaqının gündəliyinin həyata keçirilməsinin ölkə daxilində fəaliyyət göstərən siyasətçilərin vəzifəsi olduğunu bildirib.
“İslahatların və Avropa İttifaqının gündəliyinin həyata keçirilməsi ölkə daxilində fəaliyyət göstərən siyasətçilərin vəzifəsidir. Həyata keçirilməmiş ambisiyalarınıza görə başqalarını ittiham etmək, Aİ-nin necə işlədiyini və islahatların ev tapşırığı olduğunu başa düşməyiniz üçün daha çox vaxta ehtiyac olduğunu təsdiqləyir. Avropa İttifaqı Gürcüstan-Aİ münasibətlərində möhtəşəm iş görmüş səfir, Karl Hartseli tam dəstəkləyir” – deyə Piter Stano yazır.