Avropa Komissiyasının mətbuat katibi: Gürcü tərəfi ilə görüş texniki xarakter daşıyırdı, faktlara əsaslanan şəkildə keçirildi, hər iki tərəf mümkün növbəti addımları hökumətlə müzakirə etmək barədə razılığa gəldi
Avropa Komissiyasının mətbuat katibi Markus Lamert bildirib ki, komissiya öz qərarının səbəblərini ətraflı şəkildə izah edib və bu səbəblər demokratiya və fundamental hüquqlarla bağlıdır. Gürcü tərəfi də öz mövqeyini təqdim edib. Müzakirələr faktlara əsaslanan atmosferdə aparılıb.
Onun sözlərinə görə, tərəflər razılaşıblar ki, hökumətlərinə hesabat təqdim edəcək və məsələnin mahiyyətini, eləcə də mümkün növbəti addımları müzakirə edəcəklər.
**“Dünən Avropa Komissiyası ilə gürcü yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti arasında görüş keçirildi. Bu, viza qaydaları ilə nəzərdə tutulmuş və vizanın dayandırılması mexanizmi işə salındıqda həyata keçirilən standart prosesin bir hissəsidir. Bu görüş və proses mart ayında qəbul edilmiş qərardan irəli gəlir. Həmin qərara əsasən, diplomatik və xidməti pasport sahibləri olan Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş ilkin olaraq 12 aylıq müddətə dayandırılıb. Biz bu qərarı üzv dövlətlərin razılığını aldıqdan sonra qəbul etdik.
Beləliklə, bu prosesin məqsədi dayandırılmaya səbəb olan halların aradan qaldırılmasıdır. Söhbət Gürcüstanın vizasız rejim çərçivəsində üzərinə götürdüyü öhdəliklərin demokratiya və fundamental hüquqların əsas sahələrində pozulmasından gedir.
Dünənki görüş texniki səviyyədə keçirilən görüş idi və vizanın dayandırılması mexanizminin işə salınmasına səbəb olan məsələlərə həsr olunmuşdu. Komissiya öz qərarının səbəblərini, demokratiya və fundamental hüquqlarla bağlı məsələləri ətraflı şəkildə təqdim etdi. Gürcü tərəfi də öz baxışlarını təqdim etdi. Müzakirələr faktlara əsaslanan atmosferdə aparıldı. Hər iki tərəf razılaşdı ki, indi hökumətlərinə hesabat təqdim edəcək, məsələnin məzmununu və mümkün növbəti addımları müzakirə edəcəklər”,** – deyə Avropa Komissiyasının mətbuat katibi bildirib.
Məlumat üçün qeyd edək ki, Brüsseldə Gürcüstan nümayəndə heyəti ilə Avropa Komissiyasının nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdən sonra Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, gürcü tərəfi qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bir daha təsdiqləyib.