Avropa Komissiyası, Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı gücləndirmək təşəbbüsünü təqdim edib  , təşəbbüs  2,3 milyard avroluq investisiya planını əhatə edir
Avropa Komissiyası, Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı gücləndirmək təşəbbüsünü təqdim edib  , təşəbbüs  2,3 milyard avroluq investisiya planını əhatə edir

 

Avropa Komissiyası, Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün yeni bir təşəbbüs təqdim edib, bu 2,3 milyard avroluq iqtisadi və investisiya planını əhatə edir.

Avropa Komissiyasının mətbuat katibi Piter Stano gündəlik gündəlik brifinqdə yeni təşəbbüslə bağlı danışıb.

Əhatəli plan, Şərq Tərəfdaşlığı ölkələrində ticarət, iqtisadi artımın gücləndirilməsi, iş yerlərinin yaradılması, əlaqə sahəsinə investisiyaların qoyulması , demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal transformasiyaların dəstəklənməsi və ədalətli, gender bərabərliyi və inkluziv cəmiyyətin təşviqi məqsədini daşıyır.

“Bu gün Avropa Komissiyası və ali nümayəndə  yaxın illərdə AB və Şərq Tərəfdaşları arasında prioritet məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair təşəbbüs təqdim etdilər. Şərq Tərəfdaşlığının məqsədi AB ilə Şərq Tərəfdaşlığı üzvləri arasında siyasi və iqtisadi əlaqələri dərinləşdirməkdir. Bugünkü təşəbbüs beş uzunmüddətli hədəfə əsaslanır və xalqa gözlə görünən nəticələr gətirməyi hədəfləyən gələcək əməkdaşlığımızın prioritetlərinə köklənib. Bu əhatəli gündəliyə ticarət və iqtisadi inkişaf, iş yerlərinin açılması, sərmayə qoyuluşu, demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal transformasiyanın dəstəklənməsi, ədalətli, gender bərabərliyi, əhatəli cəmiyyətin təşviqi daxildir.

Qəbul edilən təşəbbüs  regional iqtisadi və investisiya planını  əhatə edir, onun dəyəri 2.3 milyard avrodur, bu Şərq Tərəfdaşlığı ölkələrinin koronavirusdan sonrakı iqtisadi bərpa və uzun müddətli sabitliyinə yönəlmiş olacaq”-deyə Piter Stano bildirib.