Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsi tövsiyəsi ilə Avropa Şurasına müraciət edir
Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsi tövsiyəsi ilə Avropa Şurasına müraciət edir. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və genişlənmə məsələləri üzrə Avropa komissarı Oliver Varhey birgə brifinqdə bildiriblər.
“Gürcüstan namizəd statusu almalıdır, çünki həqiqətən də addımlar atılıb. Təbrik edirik”, – Ursula fon der Laien bildirib.
Avropa Şurası Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı yekun qərarı dekabrda verəcək.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze 2022-ci ilin martında Gürcüstanın üzvlüyə namizəd statusu almaq üçün Avropa İttifaqına müraciət etdiyini açıqlayıb. Həmin ilin martın 3-də isə üzvlük üçün rəsmi ərizəni Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili imzaladı.