Avropa Komissiyasının Avropa Ittifaqının genişlənməsinə dair illik hesabatı bu gün dərc olunacaq.
Hesabatda Avropa Komissiyası Gürcüstanın 12 tövsiyəni yerinə yetirməsini qiymətləndirəcək və bu tövsiyələr əsasında Avropa Şurası ölkəyə Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar qəbul etməlidir.
Qiymətləndirmə sənədi Avropa Komissiyasının 12 bəndinin icrası üçün 2022-ci ilin iyunundan sonra həyata keçirilən qanunvericilik dəyişiklikləri və islahatlara əsaslanacaq.
2022-ci ilin iyununda Avropa Şurası Gürcüstana Avropa perspektivi verdi və namizəd statusu əldə etmək üçün 12 prioritet müəyyənləşdirdi.