Avropa Komisiyasının yeni baş katibi vəzifəsinə Jan-Klod Yunkerin aparatının rəhbəri təyin edildi
Avropa Komisiyası, Avrokomisiyanın prezidenti Jan-Klod Yunkerin aparatının rəhbəri Martin Selmaier Avrokomisiyanın yeni baş katibi vəzifəsinə təyin edildi.
Bu barədə məlumatı Reuters agentliyi yayır.
Agentliyin məlumatına görə, bu deməkdir ki, Brüssel institutlarında ən güclü oyunculardan biri hesab edilən Selmaier, Jan-Klod Yunkerin vəzifədən getməsindən sonra Avrokomisiyada qalacaq.
Yayılan məlumata görə, bu qərar qüvvəyə martın 1-dən minəcək.
Keçən ilin oktyabr ayında məlumat yayıldı ki, Britaniyanın baş naziri və Avrokomissiyanın prezidentinin görüşü zamanı Tereza Mey Yunkerdən “Breksitlə” bağlı yardım istədi.
Tereza Meyin sabiq müşaviri olan Nik Timoti bəyan etdi ki, bu məlumat Jan-Klod Yunkerin, Selmaier tərəfindən rəhbərlik edilən aparatından sızdı.