Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti - Avropa İttifaqı Roma Statutunun iştirakçısı olan Monqolustanın Vladimer Putinin həbsinə dair orderin yerinə yetirilməsi ilə əlaqədar statutu üzrə öhdəliklərini yerinə yetirməməsindən məyusdur
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti - Avropa İttifaqı Roma Statutunun iştirakçısı olan Monqolustanın Vladimer Putinin həbsinə dair orderin yerinə yetirilməsi ilə əlaqədar statutu üzrə öhdəliklərini yerinə yetirməməsindən məyusdur

 
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti Vladimer Putinin Monqolustana səfəri ilə bağlı bəyanat yayır və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan Monqolustanın öhdəliklərini yerinə yetirməməsi və həbs orderini icra etməməsindən narahatlığını ifadə edir.

“Avropa İttifaqı Rusiyanın Prezidenti Vladimer Putinin Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderinə baxmayaraq sentyabrın 3-də Monqolustana səfərini diqqətə alıb. Avropa İttifaqı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçı ölkəsi kimi Monqolustanın həbs orderinin icra edilməsi ilə əlaqədar statutu üzrə öhdəliklərini yerinə yetirməməsindən məyusdur” – bəyanatda deyilir.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti qeyd edir ki, Haaqa Məhkəməsi tərəfindən prezident Putin barəsində həbs orderi beynəlxalq cinayətlərə, xüsusən də Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən uşaqların mümkün qanunsuz deportasiyası və qanunsuz çıxarılmasına görə verilib.

Avropa İttifaqı Haaqa Məhkəməsinin prokurorunun Ukraynada aparılmış təhqiqatını dəstəkləyir və Roma Statutuna üzv olan bütün dövlətləri tam əməkdaşlığa çağırır.

Məlumat üçün bildirək ki, sözügedən məsələ ilə əlaqədar Monqolustanda Vladimer Putini Rusiyadan enerji asılılığına görə həbs etmədiklərini bildiriblər.