Avropa İttifaqının təmzimləmə idarəsi "Astrazeneka" vaksinasının istifadəsi üçün icazə verdi
Avropa İttifaqının təmzimləmə idarəsi "Astrazeneka" vaksinasının istifadəsi üçün icazə verdi

Avropa İttifaqının təmzimləmə idarəsi “Astrazeneka” vaksinasının istifadəsi üçün icazə verdi.

Bu haqda məlumatı BBC yayır.

Britaniya-İsveç şirkətinin vaksinasının istifadəsi 18 yaşdan yuxarı olanlar üçün məqbuldur.

Bu qərarı Avropa İttifaqının medikamentlərin requlyasiyası orqanı Avropa İttifaqı və “Astrazeneka” şirkəti arasında aparılan mübahisə fonunda verdi.

“Astrazenekada” bəyan edirlər ki, şirkətlərdən birində problem yarandı və buna görə, Avropa İttifaqı tərəfindən əvvəlcədən sifariş edilən vaksinaların vaxtında təqdim edilməsi üçün maneə yarandı.

Buna görə, Avrokomisiyada narazılıqlar bildirildi və “Astrazeneka” ilə qoyulan kontrakt ictimailəşdirildi.

Brüsseldə bəyan edirlər ki, “Astrazeneka” vaksinaları kontraktda bəhs edilən tarixdə Avropa İttifaqına təqdim etməli idi.