Avropa İttifaqının sorğu anketinin ikinci hissəsi bu gün ictimailəşdiriləcək
Avropa İttifaqının namizəd ölkələrinin statusunun özünüdəyərləndirmə sorğu anketinin ikinci hissəsi bu gün ictimailəşdiriləcək. Bu barədə Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili bəyan etdi.
“Sorğu anketinin sektor hissəsi olan ikinci hissəsi daha texniki və spesifikdir. Bu sənəddə təxminən 2300 sual var. Bütün dövlət qurumları bu sənəd üzərində işə başlayıb. Qeyd olunan sənədi Aropalı partnyorlarımızla bölüşmək üçün son tarix mayın 13-dür və biz anketin sonuncu hissəsi üzərində işi mümkün qədər tez başa çatdırmaq və sonra onu Avropalı partnyorlarımızla bölüşmək üçün əlimizdən gələni edəcəyik.
Anketin ictimailəşdirilməsi məsələsinə gəldikdə, bildiyiniz kimi, çox böyük ictimai maraq var idi və əvvəlki komissiya daxilində sorğunun birinci hissəsinin ictimailəşdirilməsi ilə bağlı qərar qəbul edildi. Müvafiq olaraq, bu gün keçirilən komissiya çərçivəsində anketin birinci hissəsini dərc etdiyimiz kimi, qeyd etdiyim kimi, sektoral olan ikinci hissəsinin də bu gün ictimaiyyətə açıqlanması qərara alındı”, – İlya Darçiaşvili Gürcüstanın hökumət administrasiyasında baş nazir, İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə hökumət komissiyasının iclasından sonra bəyan etdi.
Gürcüstan hökuməti doldurulmuş sorğu anketini Avropa Komissiyasına 2 mayda göndərəcək, – bu barədə Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili bəyan etdi.