Avropa İttifaqının səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya hərbi yardım üçün istifadə etmək haqqında razılaşıblar
Avropa İttifaqının səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya hərbi yardım üçün istifadə etmək haqqında razılaşıblar

Avropa İttifaqı səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya hərbi yardım üçün istifadə etmək haqqında razılaşıblar. Bu barədə Avropa Şurasına sədrlik edən ölkə Belçika məlumat yayır.

“Bu vəsaitlər Ukraynanın bərpasına dəstək olmaq və Rusiyanın təcavüzü kontekstində hərbi müdafiəni təmin etmək üçün istifadə olunacaq”, – deyə onların yaydığı bəyanatda deyilib.

Avropa İttifaqı liderləri bu planı təsdiq edərsə, Ukrayna üç milyard avroya yaxın vəsait alacaq.