Avropa İttifaqının Qazaxıstandakı səfiri - "Orta Dəhliz"in koordinasiya platforması yaxın gələcəkdə fəaliyyətə başlayacaq
Avropa İttifaqının Qazaxıstandakı səfiri - "Orta Dəhliz"in koordinasiya platforması yaxın gələcəkdə fəaliyyətə başlayacaq

 
“Orta Dəhliz”in koordinasiya platforması yaxın gələcəkdə fəaliyyətə başlayacaq-bu haqda Avropa İttifaqının Qazaxıstandakı səfiri Kestutis İankauskas Azərbaycan mediasına müsahibəsində açıqlayıb.

Avropa İttifaqının səfiri, koordinasiya platformasının marşrutun bütün iştirakçılarını daha yaxşı əlaqələndirmək üçün lazım olduğunu bildirib.

Kestutis İankauskas bildirib ki, “Orta Dəhliz”in fəaliyyətini yaxşılaşdırmaq istiqamətində dəhliz boyunca yerləşən bütün ölkələr fasiləsiz təchizatı təmin etmək üçün birgə işləməlidirlər və bu, təkcə Mərkəzi Asiya ölkələrinə deyil, həm də Cənubi Qafqaz ölkələrinə və Türkiyəyə aiddir.

Avropa İttifaqının Qazaxıstandakı səfiri, “Orta Dəhliz”in Aİ ilə Mərkəzi Asiya arasında ticarət, eləcə də Çin və Avropa arasında malların dəniz yolundan daha sürətli tranziti üçün həyati önəm daşıyan alternativ olduğunu bildirib.