Avropa İttifaqının ölkələri Rusiyaya qarşı mayeləşdirilmiş təbii qaz sektoruna şamil ediləcək 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
Avropa İttifaqının ölkələri Rusiyaya qarşı mayeləşdirilmiş təbii qaz sektoruna şamil ediləcək 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

 
Avropa İttifaqının ölkələri Rusiya Federasiyasına qarşı mayeləşdirilmiş təbii qaz sektoruna şamil ediləcək 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bu haqda məlumatı Avropa İttifaqı Şurasına sədrlik edən ölkə sosial şəbəkədə yayır.

“Avropa İttifaqının səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq güclü və əhəmiyyətli 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Paket indiyədək tətbiq edilmiş sanksiyaların təsirinin maksimuma çatdırılması baxımından, eləcə də mövcud boşluqların aradan qaldırılması üçün yeni məqsədyönlü tədbirləri nəzərdə tutur”- deyə məlumatda qeyd olunub.

Avropa İttifaqının 27 ölkəsinin rəsmi şəxsləri bir aydan çoxdur sanksiyalar paketini müzakirə edirlər. Yeni tədbirlər Rusiyanın mayeləşdirilmiş təbii qazının daşınmasına qadağa qoyulmasını və Avropa İttifaqında qeydiyyatdan keçmiş operatorlara, onların törəmə şirkətlərinə və tərəfdaşlarına üçüncü ölkələrdə sanksiyaları pozduqlarına görə məsuliyyət yükləmək planını əhatə edir.

Bundan əvvəl Almaniyanın Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin tətbiqinə əngəl olduğu məlum olub.

Mediada yayılmış məlumata əsasən, səfirlər səviyyəsində keçirilmiş görüşdə Almaniya məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsindən narahat olduğunu bildirib, çünki yeni tədbirlərin Avropa İttifaqının şirkətlərini müştərilərinin daha sonra sanksiya tətbiq edilmiş məhsulları Moskvaya satmamasını təmin etməyə məcbur edəcəyindən ehtiyat edirdi.