Avropa İttifaqının Nümayəndəliyi vizasız gediş-gəlişin yeni qaydası ilə bağlı məlumat yayır
Avropa İttifaqının Nümayəndəliyi Avropa İttifaqına səyahət arzusunda olanların diqqətinə məlumat yayır.
Məlumatda qeyd olunduğu kimi, 2024-cü ildən Gürcüstan da daxil olmaqla, 59 ölkənin vətəndaşları üçün Avropada vizasız səyahətdən istifadə etmək üçün, əvvəlcədən səyahət təsdiqini almaq məcburi olacaq, hansı da Avropa İttifaqının yeni tələbidir.
“Avropa İttifaqına səyahət arzusunda olanların nəzərinə: 2024-cü ildən Gürcüstan da daxil olmaqla, 59 ölkənin vətəndaşları üçün Avropada vizasız səyahətdən istifadə etmək üçün, “İformasiya və Avtorizasiya Sistemindən”(ETIAS) əvvəlcədən səyahət təsdiqini (avtorizasiya) almaq məcburi olacaq. Səyahət təsdiqi 27 Şengen ölkəsi, Bolqarıstan, Rumıniya və Kiprə daxil olmaq üçün Avropa İttifaqı tərəfindən yeni tələbdir.
Nəzərə alın: ETIAS viza deyil! Vizasız səyahət rejimi Gürcüstan vətəndaşlarının Avropa İttifaqı/Şengen ölkələrinə qısamüddətli səfərləri üçün qüvvədə qalır.
Fırıldaqçılardan ehtiyatlı olun! ETIAS-ın yeganə saytıdır: www.europa.eu/etias.
ETIAS sistemi hələlik fəaliyyət göstərmir. Onun işə salınmasından sonra ərizənin formasırəsmi səhifədə əlçatarlı olacaq.
Ətraflı məlumat üçün baxın: europa.eu/!FnfNwM” – məlumatda deyilir.