Avropa İttifaqının nümayəndəliyi- Gürcüstanın ərazi bütövlüyünə xələl gətirən istənilən qərar qanunsuz və etibarsızdır
Avropa İttifaqının nümayəndəliyi- Gürcüstanın ərazi bütövlüyünə xələl gətirən istənilən qərar qanunsuz və etibarsızdır

 
Gürcüstanın ərazi bütövlüyünə xələl gətirən istənilən qərar qanunsuz və etibarsızdır- bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, Avropa İttifaqı Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir.

“Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Gürcüstanın ərazi bütövlüyünə xələl gətirən istənilən qərar, məsələn, işğal altındakı Abxaziyanın özünü elan etmiş regionunun torpaqlarının Rusiyaya verilməsi cəhdi qanunsuz və etibarsızdır” -deyə bəyanatda deyilir.