Avropa İttifaqının Nümayəndəliyi - gürcü xalqı ilə həmrəy olduğumuzu bildirir, avqustun 3-də Şovi sürüşməsi nəticəsində həlak olanlara birlikdə yas tuturuq
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi avqustun 3-də Şovidə baş vermiş faciəyə münasibət bildirir və gürcü xalqı ilə həmrəy olduğunu deyir.
“Avropa İttifaqının Nümayəndəliyi gürcü xalqı ilə həmrəyliyini ifadə edir və biz birlikdə avqustun 3-də Şovi sürüşməsi nəticəsində həlak olanlara yas tuturuq”- Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin səhifəsində dərc olunan məlumatda deyilir.
Hazırda mövcud olan rəsmi məlumata görə, Şovidə təbii fəlakət nəticəsində 18 nəfər ölüb.