Avropa İttifaqının nümayəndəliyi - Avropa İttifaqı Gürcüstan hökumətinin razılığı olmadan Gürcüstanın işğal olunmuş bölgələrində seçki məntəqələrinin açılmasını qanunsuz hesab edir
Avropa İttifaqı Gürcüstan hökumətinin razılığı olmadan Gürcüstanın işğal olunmuş bölgələrində seçki məntəqələrinin açılmasını qanunsuz hesab edir-bu haqda Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyindən verilən bəyanatda deyilir.
“Avropa İttifaqı Gürcüstan hökumətinin razılığı olmadan Gürcüstanın işğal olunmuş bölgələrində Abxaziya və Cənubi Osetiyada seçki məntəqələrinin açılmasını qanunsuz hesab edir. Avropa İttifaqı Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə tam sadiq qalır”- bəyanatda deyilir.
Bundan əlavə, Avropa Komissiyasının sözçüsü Piter Stano, işğal olunmuş ərazilərdə səsvermənin qanunsuz olduğunu bildirib.
“Rusiya prezident seçkiləri olduqca məhdud mühitdə, sistematik daxili repressiya şəraitində, ATƏT-in müşahidəçiləri olmadan keçirilib. İşğal olunmuş ərazilərdə səsvermə qanunsuzdur” – Piter Stano yazır.