Avropa İttifaqının nümayəndəliyi- Assosiasiya Sazişinə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır
Avropa İttifaqı ilə Gürcüstan arasında Assosiasiya Sazişinə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır-bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi öz “Facebook” səhifəsində yazır.
Aİ nümayəndəliyinin yaydığı mətndə qeyd edildiyi kimi, Assosiasiya Sazişindən doqquz il keçir və Gürcüstanı bu gün münasibətilə təbrik edirlər.
“Bu gün Avropa İttifaqı ilə Gürcüstan arasında Assosiasiya Sazişinin imzalanmasından 9 il keçir. Assosiasiya Sazişi tərəfdaşlar arasında əlaqəni gücləndirən bir mərhələdir. Sözügedən sazişə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır. Biz Gürcüstanı bu xüsusi gün münasibətilə təbrik edirik”-deyə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi yazır.