Avropa İttifaqının Müşahidəçi Missiyasının rəhbəri Gürcüstanın Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüb
Avropa İttifaqının Müşahidəçi Missiyasının rəhbəri Gürcüstanın Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüb

 

Avropa İttifaqının Müşahidəçi Missiyasının rəhbəri, səfir Marek Şçiqel Gürcüstanın Müdafiə Nazirliyini ziyarət edib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Avropa İttifaqının Müşahidəçi Missiyasının nümayəndələrini Gürcüstanın müdafiə nazirinin birinci müavini Lela Çikovani və Müdafiə Qüvvələrinin nümayəndələri qəbul ediblər. Görüşdə tərəflər Müdafiə Nazirliyi ilə Aİ-nin Müşahidəçi Missiyası arasında əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər. Rusiyanın Ukraynaya təcavüzü fonunda regionda yaranmış təhlükəsizlik mühitinə və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə diqqət yetirilib.

Səfir Marek Şçiqel missiyanın fəaliyyəti haqqında gürcü tərəfini məlumatlandırıb və Müdafiə Nazirliyi ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Gürcü tərəfi EUMM-nin Gürcüstanda sabitliyin qorunması prosesində yeganə beynəlxalq monitorinq mexanizmi kimi mühüm rolunu qeyd edib. Görüşdə Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməkdaşlıq məsələləri və Avropa Sülh Fondu (AƏF) çərçivəsində Gürcüstana ayrılan maliyyə yardımı paketi müzakirə olunub.