Avropa İttifaqının müşahidəçi missiyası Arçil Tatunaşvilinin ölüm faktı ilə bağlı istintaq prosesinə yardım etməyə hazırdır
Avropa İttifaqının müşahidəçi missiyası Arçil Tatunaşvilinin ölüm faktı ilə bağlı istintaqa yardım etməyə hazırdır.
Bu barədə məlumatı Avropa İttifaqının müşahidəçi missiyasının mətbuat katibi Dez Doyli Birinci Kanala verdi.
“Avropa İttifaqının müşahidəçi missiyası öz səlahiyyətləri çərçivəsində, baş verən faciə ilə bağlı vəziyyəti izləyir və Arçil Tatunaşvilinin ölüm faktı ilə bağlı aparılan istintaq prosesinə və reaksiya mexanizmlərinin həyata keçirilməsi üçün yardım etməyə hazırdır” – dedi Dez Doyli.