Avropa İttifaqının Monitorinq Missiyası - bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq
Avropa İttifaqının Monitorinq Missiyası - bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq

 
Bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq-bu barədə Aİ-nin Monitorinq Missiyasının bəyanatında deyilir.

Monitorinq Missiyası Kirbala yaxınlığında baş vermiş hadisəyə görə məyusluğunu ifadə edir və güc tətbiqini pisləyir.

“Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası hadisənin Cənubi Osetiyanın inzibati sərhədi yaxınlığında baş verdiyini, nəticədə Gürcüstan vətəndaşının faciəvi şəkildə öldüyünü təsdiqləyir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Biz istənilən formada güc tətbiqini qətiyyətlə pisləyirik və insidentlə bağlı hədsiz narahatlığımızı bildiririk. Regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunması üçün belə hadisələrin qarşısını almaq lazımdır.

Biz bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq.

Vəziyyəti diqqətlə izləyirik və Aİ-nin Monitorinq Missiyasının qaynar xəttindən istifadə edərək atışma ilə bağlı məlumat mübadiləsi aparmaqla gərginliyi azaltmağa çalışırıq” – Aİ-nin Monitorinq Missiyasının bəyanatında deyilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Kirbala kəndi yaxınlığında, işğal altındakı ərazidə yerli sakinin qanunsuz saxlanılmasına cəhd edilən zaman Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşı dünyasını dəyişib.