Avropa İttifaqının məlumatına əsasən, Cozef Borrell Vanq Yidən Çinin Rusiyaya təsirindən istifadə etməyi və müharibənin başa çatmasına töhfə verməsini istəyib
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrell Çinin xarici işlər naziri Vanq Yi ilə cənub-şərq Asiya ölkələri Assosiasiyasının regional forumunda görüşüb.
Avropa İttifaqının məlumatına əsasən, onlar Avropa İttifaqı-Çin münasibətləri barədə danışıblar və qeyd ediblər ki, Avropa İttifaqı və Çin bir sıra məsələlərlə bağlı hər iki tərəfin narahatlığını anlamalıdır. Avropa İttifaqının yaydığı məlumatda məsələlərdən birinin də Çinin Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək verməsinin Avropa İttifaqı-Çin münasibətlərinə təsir etdiyi qeyd edilib.
Borrell izah edib ki, Avropa İttifaqı Rusiyanın Ukraynadakı müharibəsini Avropa üçün təhlükə olaraq görür. Borrell Çindən Rusiyaya təsirindən istifadə etməyi və müharibənin bitməsinə töhfə verməsini istəyib. O, Çindən Ukraynanın sülh prosesinə dəstək verməsini istəyib.
Avropa İttifaqının yaydığı məlumatda qeyd edildiyi kimi, Avropa İttifaqının Çinlə münasibətlərində ikinci narahatedici mövzu Avropa bazarına zərər vuran iqtisadi siyasət və subsidiyaların təsiridir.